Şuşada möhtəşəm gün - Video


  • 15:02 / 15 09 2021 |
  • Bölmə: Hadisə / Bölgə


Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.

"Rupor" xəbər verir ki, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.






Oxşar xəbərlər