Eldar Həsənov məhkəmədə ifadə verir


  • 11:58 / 17 09 2021 |
  • Bölmə: Hadisə


Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

"Rupor" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

Hakim Əfqan Hacıyev isə cavab olaraq bildirib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.

Daha sonra Eldar Həsənov iş üzrə ifadə verməyə başlayıb.




Oxşar xəbərlər