Futbol meydanında Üzeyir Hacıbəyliyə böyük ehtiram - VİDEO


  • 20:34 / 18 09 2021 |
  • Bölmə: Hadisə / İdman


Milli Musiqi Günün ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası maraqlı təşəbbüslə çıxış edib.

Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Səbail" matçında futbolçular "Koroğlu" üverturasının sədaları altında çıxıblar.

Bu təşəbbüs stadiona toplaşan azarkeşlərin alqışı ilə qarşılanıb.

Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi kimi tanınan Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur. 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. (Qafqazinfo.az)





Oxşar xəbərlər