Rusiyada hakim partiya qalib gəlib - Seçki-Yeniləndi


  • 22:37 / 19 09 2021 |
  • Bölmə: Hadisə



Rusiyada üç gün davam edən sekçi marafonu başa çatıb.

"Rupor" xəbər verir ki, ilkin nəticələrə görə, 45 faiz səslə hakim “Vahid Rusiya” partiyası qalib gəlib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkidə iştirakçı faizinin ölkə üzrə 47,28 fazizolduğunu açıqlayıb.

54 sandıqda texniki qüsurlar səbəbindən 8 min 539 seçici vərəqi keçərsiz sayılıb.

Seçkidə iştirak edən partiyaların aldıqları səs aşağıdakı kimidir: 

1. Vahid Rusiya Partiyası - 47,28
2. Rusiya Federasiyası Kommunist Partiyası - 21,32 faiz.
3. Rusiya Liberal Demokratik Partiya - 8,04 faiz
4. Ədalətli Rusiya- Həqiqət Uğrunda Partiyası - 7,61 faiz


***

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova keçirdiyi mətbuat konfransında bildirib.

O, bütün ölkə üzrə yerli vaxtla saat 20:00-da səsvermənin başa çatdığını, artıq protokolların sayılmasına başladığını söyləyib: "Hal-hazırki məlumatlara görə, bütün ölkə üzrə səsvermə protokollarının 10 faizi sayılıb".

Sayılan protokollara əsasən, hakim Vahid Rusiya Partiyası 38 faiz səslə birinci yerdə gəlir. İkinci yerdə Kommunist Partiyası 21 faiz, liberal demokratlar 9 faizlə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

Siyahıda dördüncü yerdə Ədalətli Rusiya Partiyası qərarlaşıb.

İlkin məlumatlara görə, Yeni insanlar Partiyası da hələlik 5 faizlik baryeri aşıb. (APA)





Oxşar xəbərlər