3 dəfə evdən qaçan ana bu dəfə də tapıldı


  • 07:10 / 20 09 2021 |
  • Bölmə: Hadisə


Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

"Rupor" xəbər verir ki, bu barədə "Report"a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib. B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək. Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedir.




Oxşar xəbərlər