Hərbçimiz minaya düşdü


  • 19:32 / 30 09 2021 |
  • Bölmə: Hadisə


Sentyabr ayının 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

''Rupor'' xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə  Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilmişdir, həkimlərin tam nəzarəti altındadır.




Oxşar xəbərlər