Qadın binadan yıxılıb həlak oldu


  • 19:48 / 30 09 2021 |
  • Bölmə: Hadisə


Bakıda qadın hündürmərtəbəli binadan düşərək ölüb.

''Rupor'' xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Təxminən 35-40 yaşlarında olduğu bildirilən Həşimova Gülnarə Valeh qızı hündürmərtəbəli binadan yerə düşüb və elə orada dünyasını dəyişib.

Onun intihar etdiyi, yoxsa ehtiyatsızlıqdan binadan yıxıldığı məlum deyil./APA



Oxşar xəbərlər