Dünya rekordçusu qətlə yetirildi


  • 19:38 / 13 10 2021 |
  • Bölmə: Hadisə


Atletika üzrə keniyalı dünya rekordçusu Aqnes Tirop evində ölü halda tapılıb.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, 25 yaşlı idmançı ilkin ehtimala görə, əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tirop 2017-ci il dünya çempionatında bürünc medal qazanıb Sentyabrda Almaniya turnirində “30:01”lik dərəcə ilə qadınlar arasında 10 min metr rekordunu qıraraq birinci olub. Bundan başqa, 2020-ci il Tokio Olimpiya Oyunlarında dördüncü olub.



Oxşar xəbərlər