Baş redaktor vəfat etdi


  • 23:39 / 13 10 2021 |
  • Bölmə: Hadisə


Neftçala rayonunda baş redaktor dünyasını dəyişib.


"Rupor" Report-a istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən "Gündoğar" qəzetinin baş redaktoru, jurnalist Habil Əsədov bu gün vəfat edib.

Qeyd edək ki, Əsədov Habil Əsəd oğlu 1947-ci ildə Neftçala rayonu Abasallı kəndində anadan olub. Xıllı qəsəbə tam orta məktəbini və Azərbaycan Dövlət Universitetini bitirib.

O, 1973-cü ildən rayonda fəaliyyət göstərən "Gündoğar" (o vaxtkı "Oktyabr bayrağı") qəzetində çalışıb.




Oxşar xəbərlər