Yük avtomobili avtobuslarla toqquşdu - Rusiyada


  • 22:11 / 16 10 2021 |
  • Bölmə: Hadisə


Rusiyanın Nijni Novqorod şəhərində “QAZel” markalı yük avtomobili ilə iki avtobus toqquşub.

"Rupor" Report-a istinadən xəbər verir ki, toqquşma nəticəsində 24 nəfər xəsarət alıb.

Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti ağırdır.
Xəstəxanaya yerləşdirilən iki nəfərə ağır müşayiət olunan zədələr, onurğa zədələri və əlin açıq sınığı diaqnozları qoyulub. Digər xəstənin isə qapalı zədəsi var, vəziyyəti orta ağır qiymətləndirilir.



Oxşar xəbərlər