DİN jurnalistin paylaşımına münasibət bildirdi


  • 14:19 / 21 10 2021 |
  • Bölmə: Hadisə


Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

"Rupor" xəbər verir ki, DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.

"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.




Oxşar xəbərlər