Əhaliyə BƏD XƏBƏR: SMS qiymətləri 2 dəfə qaldırılır




      Bölmə: Sosial Tarix: 21.11.2023 / 21:44

“Azərbaycanın bank sektorunda xidmətlərin tariflərinin tənzimlənməsi, xərclərin azaldılması çox vacibdir”.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, gələn aydan bəzi banklar SMS-məlumatlandırma xidmətini 2 dəfə bahalaşdıracaq:

“Bu gün xidmətindən istifadə etdiyim bankların birindən SMS aldım. Böyük ehtimalla həmin SMS bütün müştərilərə göndərilib. SMS-də deyilir ki, əgər müştəri debet kartına mədaxili və yaxud kredit ödənişini "MilliÖn" və digər ödəniş sistemlərinə məxsus aparatlarla həyata keçirsə, əməliyyatın məbləği 3 min manatdan artıq olsa, bunun 0,5 %-i qədər əlavə ödəniş edəcək.

Yəni həmin müştəridən 0,5 % əlavə xidmət haqqı tutulacaq. Biz bəzi bank xidmətləri üzrə tariflərin azaldılmasını deyil, əksinə artırılmasını müşahidə edirik. Halbuki, bunun üçün iqtisadi əsas yoxdur. Çünki mobil xərclərdə, kommunikasiya xərclərində artım yoxdur. Yəni, bank xidmətlərinin tariflərində artımların olmasını iqtisadi baxımdan əsaslandırmaq çox çətindir və praktiki olaraq mümkün deyil".

Qeyd edək ki, vətəndaşlar bu gün bankların  kredit, xüsusilə də ipoteka kreditlərində faizlərin yüksək olmasından şikayətlənirlər. Gələn aydan isə SMS məlumatlandırma xidmətinin 2 dəfə bahalaşacağı ilə bağlı xəbər vətəndaşların daha da narazılığına səbəb olub.

Əgər bu gün ölkədə kommunikasiya xərclərində artım yoxdursa, banklar hansı iqtisadi əsaslarla bu sahədə artıma gedir?      

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, qanuni baxımdan hər bir bank öz tariflərini, qiymətlərini artıra bilər:

“Problem ondadır ki, mobil rabitədə heç bir artım olmadığı bir vaxtda niyə banklar eyni vaxtda bunu reallaşdırmaq istəyirlər? Bu proses sövdələşmədən xəbər verir və ən təhlükəli olan da budur.

Bu məsələ ilə Mərkəzi Bank və İqtisadiyyat  Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olmalıdır. Məsələnin iqtisadi tərəfində gəldikdə isə, ümumilikdə biz hər zaman bildiririk ki, Avropada bank kreditləri üzrə faizlər aşağıdır. Ancaq heç vaxt demirik ki, Avropa ölkələrində bankların digər xidmətləri bahadır. 

Bank hesabının açılması, xidmət, pul köçürmə, SMS bildirişlər, xəbərdarlıqlar bahadır. Bizdə bəzi bankların müxtəlif xidmətləri üzrə ya ümumiyyətlə, komissiya haqqı olmayıb, ya da azdır. Bu da ona görə belədir ki, banklar bizə xərclərini kredit faizlərində göstərir. Yəni “müştəri çox olsun, bütün müştərilərdən qazanmayım, ancaq daha çox kredit götürəndən, borc alandan qazanım”. Banklar da faizlərin yüksək olması ilə bağlı tənqidlərə görə yəqin sövdələşərək belə qərar veriblər ki, “gəlin, faizləri bir qədər azaldaq, deyək ki, azaltdıq. Ancaq  komissiya haqqlarını artıraq”. 

Əslində bu addımı atan iri bankların kredit faizləri onsuzda digər banklardan bir qədər aşağıdır. Ona görə də oradakı itkilərini bununla əvəzləyirlər. Təbii ki, bank olaraq çox pul qazanmaq istəyirlər. Çünki banklarda bütövlükdə aktivlik, kredit fəaliyyəti əvvəlki kimi deyil, azalıb. Buna görə də istəyirlər ki, bu amildən faydalansınlar.

Xüsusilə də görürlər ki, hamı kartdan geniş istifadə edir və vətəndaşları müştərisinə “çeviriblər” və nəticədə indi də qiyməti artırırlar. Ümumiyyətlə, əgər sövdələşmə məsələsi üzə çıxmasa bu, qanunidir. Yəni sövdələşmə məsələsi gərək araşdırılsın”. /cebhe.info/





SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---