Türkiyəni quran KİŞİNİN anım günüdür


  • 09:15 / 10 11 2021 |
  • Bölmə: Hadisə


Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anım günüdür. 

Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib. 83-ildi cismən olmayan bu dahi şəxsiyyət türk dünyasında bir an da belə olsun unudulmayıb. 



Mustafa Kamal Atatürk 29 oktyabr 1923 -cü ildə Saloniki vilayətində doğulub. O, ölkəsində monarxiyanı ləğv edərək respublika qurub. 1923-cü ildən 1938-ci ilə - vəfatına qədər Türkiyə Cümhuriyyətinin Prezidenti olub. 

Birinci Dünya Müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala Cəbhəsində polkovnikliyə, Sina-Fələstin Cəbhəsində isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilib. Döyüşün sonunda Osmanlı İmperiyasının məğlubiyyətinə rəğmən Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatına öndərlik edib. Qurtuluş döyüşü müddətində Ankara Hökumətini qurub, Antanta dövlətləri tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğradıb və türk millətini zəfərə aparıb. 

Atatürk daha sonra siyasi, iqtisadi, ictimai və mədəni islahatlara başlayb. Liderliyi altında minlərlə yeni məktəb inşa edilib, qadınlara siyasi hüquqlar verilib, kəndlilərin vergiləri azaldılıb. 

Atatürk Türk orduları baş komandiri olaraq Sakarya meydan müharibəsindəki uğuruna görə 19 sentyabr 1921-ci il tarixində "Qazi" adını alıb və marşallığa yüksəlib. Xalq Firqəsini quraraq ilk ümumi başçısı olub. 1938-ci ildəki vəfatına qədər ard-arda 4 dəfə prezident seçilən Atatürk bu vəzifəni ən uzun müddət icra edən prezident kimi tarixə düşüb.

Atatürk haqqında ən çox əsər yazılan ilk 100 adam sırasındadır. 





Oxşar xəbərlər