497 yeni yoluxma faktı: 645 sağalan, 8 ölən var


  • 19:26 / 18 07 2020 |
  • Bölmə: Hadisə


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Rupor"un Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27.133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18.450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9263, ötən müddət ərzində isə ümumilikdə 619.786 test aparılıb.



Oxşar xəbərlər