Polis avtomobili qəzaya düşdü - Ölüm oldu + Fotolar


  • 09:40 / 24 11 2021 |
  • Bölmə: Hadisə / Bölgə


Gəncə şəhərində polis əməkdaşı Renat Əliyevin ölümü ilə bağlı cinayət işi açılıb.

"Rupor" xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, qəzada ölən R.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşıdır.

Gəncə şəhərində minik avtomobili mağazaya çırpılıb.

Şəhərin Müseyib Bağırov 157 ünvanında "Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Renat Əliyev ağır xəsarət alıb.

R.Əliyev xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.














Oxşar xəbərlər