Liftin şaxtasına düşüb öldü


  • 09:51 / 25 11 2021 |
  • Bölmə: Hadisə


Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Rupor" xəbər verir ki, hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisələrindən birində qeydə alınıb. Belə ki, müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Əliverdiyev Vaqif Əliverdi oğlu binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyindən o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.







Oxşar xəbərlər