Marketdən oğurluq edən baş həkimin məsələsi araşdırılır - Araşdırma aparılır + Video


  • 16:04 / 25 11 2021 |
  • Bölmə: Hadisə


Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır.

"Rupor" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin mağazadan Masallı rayon polis şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb: "Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır".







Oxşar xəbərlər