Fransada polislərə hücum - Yaralılar var


  • 23:54 / 02 12 2021 |
  • Bölmə: Hadisə


Fransanın şimal-qərbindəki Şerburq kommunasında ninja paltarı geyinmiş, qılıncla silahlanmış şəxs polislərə hücum edib.

“Rupor" Qafqazinfo-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb. Nəticədə iki qadın polis yaralanıb. Hadisə polislərin avtomobil oğurlamaqda şübhəli bilinən kişini saxlamağa çalışarkən baş verib. Ninja kostyumu geyinmiş, əlində qılınc olan şəxs oğurlanmış avtomobildən düşərək polis əməkdaşlarının yanına gedib, daha sonra onlara xəsarətlər yetirib.

Maşında həmkarlarını gözləyən üçüncü polis həmin şəxsə atəş açıb, o, ağır yaralanıb.






Oxşar xəbərlər