Gürcüstanda silahlı insident - Yenilənib


  • 23:01 / 03 12 2021 |
  • Bölmə: Hadisə


Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

Rupor" "Qafqazinfo"ya istinadən xəbərinə görə, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki “Arximed” klinikasına yerləşdirilib.
Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.
Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.

×××

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlılar yaşayan Qaracala kəndində baş vermiş silahlı insidentə görə bir nəfər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 18 yaşlı kənd sakini mübahisə zəminində 1988-ci il təvəllüdlü həmkəndlisini ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb.

Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, yaralanan şəxs xəstəxanadadır, vəziyyəti orta ağırdır.



Oxşar xəbərlər