Yaşayış binasında yanğın  - Xəsarət alan var


  • 10:06 / 05 12 2021 |
  • Bölmə: Hadisə


Gəncədə yaşayış binasında yanğın olub.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.






Oxşar xəbərlər