Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü


  • 10:26 / 05 12 2021 |
  • Bölmə: Hadisə


"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

"Rupor" xəbər verir ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb:

"Təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Ona ilkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub".

Qurum rəsmisinin sözlərinə görə, aidiyyəti üzrə araşdırma aparılır.






Oxşar xəbərlər