İndoneziyada vulkan püskürdü  - 13 ölü


  • 13:03 / 05 12 2021 |
  • Bölmə: Hadisə


İndoneziyanın Şərqi Yava vilayətində Semeru vulkanı püskürüb.

“Rupor” xəbər verir ki, bu barədə “Straits Times” məlumat yayıb.

Bildirilib ki, 3 min 676 metr yüksəklikdəki Semeru vulkanında dünən baş verən partlayışdan sonra ətrafdakı yaşayış məntəqləri qalın kül təbəqəsi və dumana bürünüb. Püskürmə 11 kəndə təsir edib.

Qeyd olunub ki, hadisə nəticəsində 13 nəfər ölüb, bunlardan yalnız ikisinin kimliyini müəyyənləşdirmək mümkün olub. 98 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların çoxu hazırda yanıqla bağlı müalicə alırlar.

Digər tərəfdən, duman və kül səbəbindən kənd qaranlığa bürünüb. 902 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib.

Partlayış zamanı mədəndə qalan 10 işçi də xilas olunub.

Qeyd edək ki, İndonesiya Sakit okean odlu qurşağında yerləşir. Burada 130 aktiv vulkan var.






Oxşar xəbərlər