Gəncədəki qəzada ölən və yaralananların kimliyi bilindi - Video + Yeniləndi


  • 15:40 / 05 12 2021 |
  • Bölmə: Hadisə / Bölgə


Gəncədə baş verən yol nəqliyyat qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub. 


"Rupor" "Report"a istinadən xəbər verir ki,  qəza zamanı sürücü - 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada - 2008-ci il təvəllüdlü Nazlı İbrahimova vəfat edib. 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Rupor" "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı, 16 BC 320 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.















Oxşar xəbərlər