Dəm qazı yenə can aldı - Goranboyda


  • 18:23 / 05 12 2021 |
  • Bölmə: Hadisə


Goranboy rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşları - 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.
Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.



Oxşar xəbərlər