Turist “Torqovı”da bıçaqlandı


  • 11:19 / 08 12 2021 |
  • Bölmə: Hadisə


Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

"Rupor" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.




Oxşar xəbərlər