20 min şəhid ailəsinə ödənişlər edilib - Sahil Babayev


  • 13:12 / 08 12 2021 |
  • Bölmə: Gündəm


Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib. 
 
"Rupor"xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Yaşat” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. 
 
S.Babayev qeyd edib ki, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib:
 
“İlin sonuna qədər proses davam edəcək. 10 min nəfərə sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlilili olan əsgərlərə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edə biləcək və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq".
 
Nazir deyib ki, 5500 nəfər şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluq proqramına cəlb olunub:
 
“Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazilər işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq 
 
9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar.  Vahid əlaqələndirmə mərkəzi vasitəsilə Bakı şəhərini tam əhatə olunur. Ötən 3 ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik”.






Oxşar xəbərlər