
Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.
"Rupor" APAya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
“Range Rover” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib və nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra isə yol nişanına çırpılıb.
Avtomobil yol kənarında dayanan “Mercedes” və “Mitsubishi” markalı avtomobillərlə toqquşub və aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.






