Bakıda avtomobillər toqquşdu - 2 nəfər xəsarət aldı


  • 00:00 / 02 01 2022 |
  • Bölmə: Hadisə


Bakıda iki avtomobil toqquşub.

"Rupor" "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Bərxudarov Bəxtiyar Aqil oğlu və 1999-cu il təvəllüdlü Rzayev Ramil Ədalət oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.




Oxşar xəbərlər