Tövlələri yandıran şəxs saxlanıldı


  • 11:10 / 03 01 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Yanvarın 1-də 02:00-04:00 dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatları yandıqrmaqda şübhəli bilinən şəxs saxlanlıb. 

"Rupor" xəbər verir ki, DİN Mətbuat xidmətinin yaydığı məlumatda yanğınların törədilməsində şübhəli hesab edilən şəxsin kənd sakini Əhliman Gülməmmədov olduğu bildirilir. 

Yanğın nəticəsində yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Hadisənin hansı səbəbdən törədildiyi araşdırılır. 



Oxşar xəbərlər