Arvadını baltayla öldürən ər vəzifəli şəxsin oğludur - Yenilənib (2)


  • 15:45 / 04 01 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Ağstafa rayonunda həyat yoldaı - 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən qətlə yetirilən 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevin vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib. 

"Rupor" APA-ya istinadən xəbər verir ki, ölüdrələn Elvin Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.
Qeyd edək ki, mərhumun iki qız övladı var.

***

Ağstafa rayonunda qadının həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.

"Rupor" "Report"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib.

O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.

A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.

O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub.

Qeyd edək ki, onların 2 övladı var.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

"Rupor" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. Hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.





Oxşar xəbərlər