“Terrorçu dəstələr iri infrastruktur obyektlərini ələ keçirib" - Tokayev


  • 23:14 / 05 01 2022 |
  • Bölmə: Hadisə


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Almatıda “terrorçu dəstələr” hava limanını və beş təyyarəni, o cümlədən xarici təyyarələri qaçırıblar.

“Rupor” TASS-a istinadən xəbər verir ki, Tokayev keçirdiyi iclas zamanı deyib: 

“Terrorçu dəstələr iri infrastruktur obyektlərini ələ keçirib, xüsusən də Almatıda hava limanı, beş təyyarə, o cümlədən xarici təyyarələr qaçırılıb”.

Tokayev bildirib ki, Qazaxıstanda iğtişaşlara səbəb olan “terrorçu dəstələr” xaricdə ciddi təlim keçiblər.

“Hazırda Almatı yaxınlığında terrorçu dəstələrlə hava-desant bölmələri arasında döyüş gedir”, - Tokayev əlavə edib.




Oxşar xəbərlər