Qardaşlar bıçaqlandı


  • 10:07 / 06 01 2022 |
  • Bölmə: Hadisə


Sumqayıtda dava düşüb, qardaşlar bıçaqlanıb.

"Rupor"un məlumatına görə, hadisə yanvarın 4-də qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Tural Əliyevə və onun qardaşı 1985-ci il təvəllüdlü Xəyal Əliyevə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.




Oxşar xəbərlər