Avtomobil 2 maşına çırpıldı - Yaralılar var


  • 23:31 / 06 01 2022 |
  • Bölmə: Hadisə


Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.

"Rupor" APA-ya istinadən xəbər verir ki, qəza Atatürk ilə Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Hələlik sürücüsünün şəxsiyyəti naməlum olan “BMW” markalı nəqliyyat vasitəsi işıqforla tənzimlənən yol kəsişməsindən keçərkən “Toyota” və “Hyundai”-a çırpıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.




Oxşar xəbərlər