3 nəfər dəm qazından öldü


  • 14:04 / 07 01 2022 |
  • Bölmə: Hadisə


Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Bu barədə "Rupor"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.
 
İmişli rayonundan olan bu şəxslər həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.




Oxşar xəbərlər