Ağacların aşması ilə bağlı araşdırma aparılır


  • 14:20 / 08 01 2022 |
  • Bölmə: Hadisə


Ağacların aşması ilə bağlı araşdırma aparılır.

"Rupor" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".

Xırdalanda ağacların aşması ilə bağlı araşdırma aparılır -  FOTO



Oxşar xəbərlər