Bakı şəhərinin Səbail rayonunda kafe yanıb.
"Rupor" xəbər verir ki, ümumi sahəsi 200 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin xarici divarında quraşdırılan bacanın içərisində yağ qalıqları və havalandırma qurğusunun mühərriki yanıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikilini yanğından mühafizə etməyi bacarıblar.
