Naxçıvana uçan təyyarə geri qayıtmalı oldu


  • 09:55 / 11 01 2022 |
  • Bölmə: Hadisə


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraitinə (güclü duman) görə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

"Rupor" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 08:50-də hava limanına enib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.




Oxşar xəbərlər