Sumqayıtda qətl hadisəsi


  • 23:09 / 11 01 2022 |
  • Bölmə: Hadisə


Sumqayıtda qətl hadisəsi törədilib.

"Rupor" xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

İki nəfər arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Musayev Rövşən Yusif oğlu bıçaqlanıb. 45 yaşlı kişi aldığı bıçaq yaralarından ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma aparılır.




Oxşar xəbərlər