Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi  ölüb.

Rupor məlumat verir ki ,hadisə rayonun Yeni Suvagil kəndində  baş verib.

Belə ki, Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq cərrahiyyə əməliyyatına qaldırılan M. Pirimov həkimlərin səyinə baxmayaraq  əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.




Oxşar xəbərlər