Bıçaqlanan şəxs yolda öldü


  • 10:36 / 17 01 2022 |
  • Bölmə: Hadisə


Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

"Rupor" xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Oxşar xəbərlər