Vəkillər üçün pulsuz test söhbəti yalan çıxdı - Açıqlama + Foto


  • 10:59 / 17 01 2022 |
  • Bölmə: Hadisə


Vəkillər Kollegiyasının üzvü, vəkil Cavad Cavadov penitensiar müəssisələrdə ekspress test verilməsinin mümkün olmadığını bildirib. 

"Rupor" xəbər verir ki, C. Cavadov “Qafqazinfo”ya açıqlamısında bildirib ki, təcridxanada ona aptekdən test alıb gəlməsi tapşırılıb: “Bakı İstintaq Təcridxanasında vəkillər üçün pulsuz test verilməsi mümkün deyil. Vəkillər üçün pulsuz test söhbəti yalan çıxdı. Əvvəlcə qapıda dedilər ki, test pulludur. Mən də ödəniş etməyə hazır olduğumu bildirdim. Amma sonra da dedilər ki, “bizdə test yoxdur, aptekdən alın”. Bir də təcridxanadan çıxıb, aptekə gedib, test alıb qayıtmışam”.

Xatırladaq ki, bir neçə gün öncə Ədliyyə Nazirliyinin İdarə rəisi Aynur Sabitova penitensiar müəssisələrdə vəkillər üçün ekspress test verilməsi imkanı yaradıldığını açıqlamışdı: “Penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib. Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər. Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspress test verməklə içəri daxil ola bilərlər”.

Cavad Cavadov aptekdən aldığı koronavirus testinin çekini də təqdim edib:






Oxşar xəbərlər