Hərbi xidmətdən yeni qayıdan gənc dəm qazından öldü


  • 22:14 / 19 01 2022 |
  • Bölmə: Hadisə / Bölgə


İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb

"Rupor" xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.

2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S.Hüseynov yanvar ayının əvvəlində hərbi xidmətini başa vuraraq evə qayıtmışdı.



Oxşar xəbərlər