Buzlu yol qəzaya səbəb oldu - Xəsarət alanlar var


  • 18:33 / 20 01 2022 |
  • Bölmə: Hadisə / Bölgə


Gədəbəy rayonunda avtomobil aşıb.

"Rupor" xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, yolun buzlu olması səbəbindən minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bir ailənin üzvləri - 2010-cu il təvəllüdlü Məmmədov Röyal İlqar oğlu, 1985-ci il təvəllüdlü Məmmədova Hicran Əmiraslan qızı və 1974-cü il təvəllüdlü Məmmədov İlqar Oktay oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.




Oxşar xəbərlər