Qadağan olunmuş yoldan keçirdi - Avtobusun altına düşdü


  • 20:49 / 20 01 2022 |
  • Bölmə: Hadisə


Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

“Rupor” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər