Mənzildə qadın meyiti tapıldı


  • 23:26 / 20 01 2022 |
  • Bölmə: Hadisə


Bakıda mənzildə qadın meyiti tapılıb.

Bu barədə "Rupor" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.




Oxşar xəbərlər