Dovşan oğrusu saxlanıldı


  • 18:36 / 22 01 2022 |
  • Bölmə: Hadisə


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Rupor"a verilən məlumata görə, rayonun Çolpu kənd sakini T.Əliyevdən bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.




Oxşar xəbərlər