Virusa yoluxanların sayı yenə azaldı


  • 16:53 / 08 08 2020 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

"Rupor" xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat yayılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 056 nəfər müalicə olunaraq sağalıb, 488 nəfər vəfat edib, aktiv xəstə sayı 2937 nəfərdir.



Oxşar xəbərlər