
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada “Marsel” komandası ilə qarşılaşması Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə sona çatıb.
"Rupor" xəbər verir ki, "Marsel" 3:1 hesabı ilə qələbə qazanıb.
Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Dmitri Payet komandasının üçüncü qolunu vurub.
***
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada “Marsel” komandası ilə qarşılaşmasında hesab dəyişib.
"Rupor" xəbər verir ki, Azərbaycan təmsilçisi rəqibin qapısından 1 top keçirir. Oyun 2:1 hesabı ilə Fransa təmsilçinin xeyrinə davam edir.
Qolu 86-ci dəqiqədə Kadi vurur.
***
“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada “Marsel” komandası ilə qarşılaşıb.
"Rupor"xəbər verir ki, Fransada keçirilən görüşdə birinci hissə 2:0 "Marsel"in qələbsi ilə bitib.
Hazırda oyunun ikinci hissəsi başlayıb.
Qoları 41-ci və 44-cü dəqiqədə Arkadiuş Milik vurub.
"Qarabağ" Azərbaycanın avrokuboklardan yeganə təmsilçisidir və ilk oyununa çıxır.


