Yoluxma sayı dəfə azaldı


  • 16:44 / 21 02 2022 |
  • Bölmə: Hadisə / Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 775 432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

Ölkədə son sutka ərzində 5 683, hazırkı dövrədək isə 6 491 040 test aparılıb.





Oxşar xəbərlər