Məşhur futbol komandası Rusiya aviaşirkəti ilə uçuşdan imtina etdi


  • 09:22 / 23 02 2022 |
  • Bölmə: Hadisə / İdman


İngiltərənin "Mançester Yunayted" klubu İspaniyada "Atletiko"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa Rusiyanın “Aeroflot” aviaşirkəti ilə səyahət etməyib.


"Rupor" "Report"a istinadən xəbər verir k, buna Ukraynada gərginliyin artması fonunda yaranan qorxu səbəb olub.

Qərar “Aeroflot”la qarşılıqlı şəkildə qəbul edilib. Lakin onların kommersiya tərəfdaşlığı dəyişməz qalır. İspaniyaya çarter reysi ləğv edilib və "qırmızı-şeytanlar" Madridə Britaniyanın "Titan Airways" aviaşirkəti ilə gedib.

"Mançester Yunayted" daha əvvəl uzunmüddətli müqaviləyə görə avrokubok matçlarına Rusiya aviaşirkəti ilə yollanıb.

Qeyd edək ki, "Atletiko" - "Mançester Yunayted" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



Oxşar xəbərlər